“Xəzər bizi səsləyir”in qəhrəmanları “İdman səhər”də - FOTOLAR

2 İyun 2023 17:20 Digər növlər 362
“Xəzər bizi səsləyir”in qəhrəmanları “İdman səhər”də - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Baku Sailing Regatta-2023” yarışı keçirilib.

Sportinfo.az xəbər verir ki, bu münasibətlə iyunun 2-də Azərbaycan Yelkən Federasiyasının məşqçiləri və yelkənçisi İdman Azərbaycan kanalının “İdman səhər” verilişində qonaq olublar.

Məşqçilər Seyhun Yıldız, Yasin Çakır, idmançı Ayla Babayeva “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında təşkil olunan reqatadan ətraflı danışıb, həmçinin tamaşaçılara maarifləndirici faydalı məlumatlar verilib.

İdman tv-nin “İdman səhər” proqramı həftə içi hər gün saat 09:00-10:30-dək canlı yayımlanır.

Verilişdə günün aktuallıq kəsb edən məsələləri, idman hadisələri təqdim və müzakirə olunur. Ən son idman yeniliklərindən bəhs edilir, yarışlar barədə məlumatlar çatdırılır.

Digər Xəbərlər
Xəbər Lenti