Ramil Azərbaycan üçün tarixi uğura imza atdı

7 İyul 2022 09:40 Digər növlər 525
Ramil Azərbaycan üçün tarixi uğura imza atdı

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.

Bu, Azərbaycan üzgüçülərinin qitə çempionatları tarixində əldə etdiyi ilk medal olub.

Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Yarışda Vəlizadə ilə yanaşı, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti