Dünya Bakıdakı böyük idman hadisəsinə heyran qalıb...

20 İyun 2022 02:30 Digər növlər 572
Dünya Bakıdakı böyük idman hadisəsinə heyran qalıb...

Sportinfo.az xəbər verir ki, Bakı altıncı dəfə "Formula 1" üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi edib.

Avtoidmanın zirvəsi hesab olunan yarışları işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist paytaxta səfər edir.

Qlobal televiziya izləyicisi 1.55 milyard olan "Formula 1"i ESPN, Sky Sports, Motorsport, Autosport kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır.

Təkcə yarış həftəsonunda Azərbaycan Qran-prisi barədə xarici mediada yayımlanan xəbər sayı 20 minə çatıb.

Bakıdakı yarış ənənəvi media ilə yanaşı, sosial mediada da gündəmdə olub. Formula 1-in yutub kanalında Azərbaycan Qran-prisi haqqında video izləyicisinin sayı artıq 6 milyonu keçib. Tvitterdə isə yarış zamanı #AzerbaijanGP həştəqinin 128 milyon görüntüsü olub.

Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran-qrisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib.

ESPN-in verdiyi məlumata əsasən, ötən il Azərbaycan Qran-prisi ABŞ-da son iki ildə ən çox izlənilən avtoidman yarışı (1.04 milyon izləyici ilə) adına layiq görülərək Monako Qran-prisinin rekord izləyici sayını üstələyib.

Bundan başqa, Bakıdakı yarış ABŞ-ın məşhur onlayn platforması Netflix-də yayımlanan "Drive to survive" serialında dörd mövsümdür ki, nümayiş etdirilir.

Beşinci mövsümün çəkilişi üçün yaradıcı qrup Bakı mərhələsini lentə alıb.

Bu platformanın qlobal olaraq 221,64 milyon abunəçisi var.

Digər Xəbərlər
Xəbər Lenti