Gimnastlarımız Avropa çempionatının finalına vəsiqə qazandı

19 İyun 2022 02:50 Digər növlər 828
Gimnastlarımız Avropa çempionatının finalına vəsiqə qazandı

İsrailin Tel-Əviv şəhərində bədii gimnastika üzrə keçirilən Avropa çempionatında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük yarışlarında (31.800 xal) bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, komandamız həmçinin ayrı-ayrı alətlər (5 halqa, 3 lent və 2 top) üzrə sabah keçiriləcək final mərhələsinə vəsiqə əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti