Yığmamızın İrinası Avropa çempionatından gümüş gətirdi - FOTO

21 Noyabr 2020 23:40 Cüdo 680
Yığmamızın İrinası Avropa çempionatından gümüş gətirdi - FOTO

Azərbaycan cüdoçusu İrina Kindzerska Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı Fransa təmsilçisi Roman Dikko ilə üz-üzə gəlib.

Əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyən cüdoçu həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətlənib.

Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub. Kindzerskadan əvvəl Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev isə bürünc medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu