Yığmamız ikinci yeri tutdu

8 Dekabr 2019 12:55 Cüdo 890
Yığmamız ikinci yeri tutdu

Rusiyanın Sosnovıy Bor şəhərində cüdo üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

Sportinfo.az xəbər verir ki, 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı Azərbaycanın yeniyetmələrdən ibarət komandası da mübarizə aparıb.

Məşqçi Zaur Babayevin başçılığı altında yarışan idmançılarımız Moskva, Gürcüstan, Leninqrad vilayətinin komandalarını məğlub edərək finala çıxıblar. Həlledici görüşdə Krasnodar komandasına uduzan cüdoçularımız beynəlxalq turnirin gümüş medallarını qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”