Yaşar italyanı tatamiyə sərdi, qızılın sahibi oldu

15 İyul 2022 01:30 Cüdo 442
Yaşar italyanı tatamiyə sərdi, qızılın sahibi oldu

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibi italiyalı Matteo Piras olub.

Qalib gələn Y.Nəcəfov qızıl medal qazanıb.

Cüdoçumuz finala qədər Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!