Azərbaycan dünya birincisidir

13 May 2022 02:50 Cüdo 572
Azərbaycan dünya birincisidir

Beynəlxalq Cüdo Federasiyası (İJF) 2022-ci ildə keçirilən beynəlxalq yarışlarda ən çox medal qazanan ölkələrin siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması dünyada 3-cüdür.

Millimizin cüdoçuları müxtəlif yaş kateqoriyalarında 77 mükafat qazanıb. Bunlardan 27-si qızıl, 19-u gümüş və 31-i bürüncdür.

Cədvələ Fransa başçılıq edir – 205 medal (55 qızıl, 47 gümüş, 103 bürünc). 28 qızıl, 15 gümüş və 11 bürüncü olan Braziliya ikinci sırada qərarlaşıb.

Kişilərdən ibarət Azərbaycan millisi isə dünya birincisidir. Siyahıda lider olan komandamızın üzvləri 67 medal - 25 qızıl, 16 gümüş və 26 bürünc mükafat qazanıb.

Fransa (24 qızıl, 20 gümüş və 41 bürünc) ikinci, Gürcüstan (14 qızıl, 12 gümüş, 19 bürünc) üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"