“Mançester Yunayted”in hücumçusu üçün danışıqlar aparır

14 İyun 2024 10:20 İtaliya 3 027
“Mançester Yunayted”in hücumçusu üçün danışıqlar aparır

“Yuventus” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Turin təmsilçisi “Mançester Yunayted”dən Meyson Qrinvud üçün danışıqları davam etdirir.

Digər təklifləri gözləyən Qrinvudun İtaliya klubuna transferi hələ təsdiq olunmayıb.

22 yaşlı forvard 47 milyon avroya satıla bilər.

Qrinvud 2023/24 mövsümündə “Xetafe”də icarə əsasında çıxış edib. O, İspaniya çempionatının son mövsümündə 36 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"