Daha 4 komanda 1/8 finalda - ÇL-də GECƏNİN NƏTİCƏLƏRİ

29 Noyabr 2023 02:20 Çempionlar Liqası 772
Daha 4 komanda 1/8 finalda - ÇL-də GECƏNİN NƏTİCƏLƏRİ

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında oyunlar keçirilib.

Bu qruplarda “Mançester Siti” və “Leyptsiq”dən sonra daha 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib. Bunlar “Atletiko”, “Latsio”, Dortmund “Borussiya”sı və “Barselona”dır.

Digər qruplarda 5-ci turun matçları noyabrın 29-da keçiriləcək.

E qrupu

“Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya) 2:0
Qollar: İmmobile, 82; 85.

“Feyenoord” (Niderland) – “Atletiko” (İspaniya) 1:3
Qollar: Vifer, 77 – Gertruida, 14-öz qapısına. Ermoso, 57. S.Ximenes, 81-öz qapısına.

Xal: Atletiko – 11. Latsio – 10. Feyenoord – 6. Seltik – 1.

F qrupu

“Milan” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) 1:3
Qollar: Çukvueze, 37 – Roys, 10-pen. Bayno-Gittens, 59. Adeyemi, 69.

PSJ (Fransa) – “Nyukasl” (İngiltərə) 1:1
Qol: Mbappe, 90+8 – İsak, 24.

Xal: Borussiya – 10. PSJ – 7. Nyukasl – 5. Milan – 5.

G qrupu

“Mançester Siti” (İngiltərə) – “Leypsiq” (Almaniya) 3:2
Qollar: Haland, 55. Foden, 70. X.Alvares, 87 – Openda, 13; 33.

“Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) 2:0
Qollar: Nedelkoviç, 8-öz qapısına. Blum, 29.

Xal: Mançester Siti – 15. Leypsiq – 9. Yanq Boyz – 4. Srvena Zvezda – 1.

H qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Antverpen” (Belçika) 1:0
Qol: Matviyenko, 12.

“Barselona” (İspaniya) – “Portu” (Portuqaliya) 2:1
Qollar: Kanselo, 32. J.Feliks, 57 – Pepe, 30.

Xal: Barselona – 12. Portu – 9. Şaxtyor – 9. Antverpen – 0.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…