“Sportinfo TV”də yayımlanan “Sport Xəbər”in növbəti buraxılışı efirə gedib.
Budəfəki informasiya bloku bir neçə klubu əhatə edib.
Kevin Medinanın 6 illik “Qarabağ“ karyerasına son verməsinin səbəbləri açıqlanıb. Bildirilib ki, kolumbiyalı müdafiəçi daha çox pul qazanmaq üçün Malayziyaya istiqamət götürüb.
O, “Qarabağ”ın heyətində 204 oyunun iştirakçısı olmaqla 6 qol vurub, 7 məhsuldar ötürmə verib.
Medina yay transfer dönəmində "Qarabağ"ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.
33 yaşlı əcnəbi buradan öz istəyi ilə gedib. İndiyədək Türkiyə, Portuqaliya və müxtəlif ərəb ölkələrindən təkliflər almış kolumbiyalı məhz indi Azərbaycanı tərk etmək fikrinə düşüb.
Həmçinin “Neftçi“nin transfer bazarında hərəkətə gəlməsindən, bəzi legionerlərlə danışıqlar masası arxasına əyləşməsindən danışılıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

