“Qarabağ”dan ehtiyatlandılar, bu razılaşmanı ləğv etdilər

16:20 Qarabağ 225
“Qarabağ”dan ehtiyatlandılar, bu razılaşmanı ləğv etdilər

SSKA (Bolqarıstan)) yay hazırlıq planında dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, iyunun 27-də “Qarabağ”a qarşı Avstriyada keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Buna səbəb komandaların Avropa Liqasında bir-birinə rəqib ola bilmə ehtimalıdır.

Hər iki komanda Avroliqada 1-ci mərhələni adlasa, bir-birinə rəqib olacaq.

Xatırladaq ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.

Ağdam klubu daha əvvəl elan etmişdi ki, təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

İyunun 27-si SSKA (Bolqarıstsn), iyulun 1-i isə “Metallist 1925” (Ukrayna) və “Ferentsvaroş”la (Macarıstan) yoxlama oyunlarının keçiriləcəyi bildirilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti