"Kayzerslautern"də forma geyinən Mahir Emrelinin kayrerasını APOEL-də davam etdirmək variantı olub.
Sportinfo.az xəbər verir ki, Kipr təmsilçisi 28 yaşlı hücumçunu heyətinə qatmaq üçün təklif də göndərib.
Forvard özü bu klubda oynamaq istəməyib. Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri də dəyərləndirir.
“Bakı”nın yetirməsinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

