Pley-offun açarı bu gecə paylaşılacaq - Arda Gülər və dostları üçün 90 dəqiqə...

02:00 Türkiyə 105
Pley-offun açarı bu gecə paylaşılacaq - Arda Gülər və dostları üçün 90 dəqiqə...

ünya çempionatında qrup mərhələsinin ikinci turu bəzi komandalar üçün həlledici məqama çevrilmək üzrədir.

İyunun 19-dan 20-nə keçən gecə keçiriləcək ABŞ-Avstraliya (23:00), Şotlandiya-Mərakeş (02:00), Braziliya-Haiti (05:00) və Türkiyə-Paraqvay (07:00) qarşılaşmaları bir çox yığmaların pley-off yolundakı taleyini böyük ölçüdə müəyyən edəcək.

İlk turdan sonra qruplarda vəziyyətin daha da gərginləşməsi ikinci turun əhəmiyyətini daha da artırıb.

Bəzi komandalar ilk oyunda qazandıqları üstünlüyü möhkəmləndirməyə, digərləri isə buraxdıqları xətaları düzəltməyə çalışacaqlar. Məhz buna görə qarşıdakı gecənin hər oyunu final abı-havasında keçməyə namizəddir.

6a34ffe2c61026a34ffe2c610317818582746a34ffe2c61006a34ffe2c6101.jpg (259 KB)

Gecənin ilk qarşılaşmasında ABŞ millisi Avstraliya ilə üz-üzə gələcək. Son illərdə futbol infrastrukturuna milyardlarla dollar sərmayə yatıran və 2026 dünya çempionatının əsas ev sahiblərindən biri olan ABŞ artıq dünya futbolunda təsadüfi komanda hesab edilmir. Kristian Pulişiç, Ueston Makkenni və digər aparıcı futbolçuların liderlik etdiyi amerikalılar ilk turda nümayiş etdirdikləri oyunun davamını gətirmək niyyətindədirlər. ABŞ indiyədək dünya çempionatlarında yarımfinala qədər yüksəlməyi bacarıb və hər yeni mundialda daha böyük hədəflərlə çıxış edir.

Avstraliya isə ənənəvi olaraq döyüşkən xarakteri ilə seçilən kollektivdir.

“Socceroos” son dünya çempionatlarında bir neçə dəfə sensasiya yaratmağı bacarıb. Komanda ilk turdan sonra qrupda mövqeyini qorumaq üçün ABŞ qarşısında xal və ya xallar qazanmağa çalışacaq.

Gecənin ikinci oyununda Şotlandiya ilə Mərakeş münasibətlərə aydınlıq gətirəcək. Şotlandiya dünya futbolunun qədim nümayəndələrindən biri olsa da, böyük uğurlar baxımından zəngin tarixə malik deyil. Buna baxmayaraq, britaniyalılar həmişə xarakterli oyunları ilə seçiliblər.

347811903181203.jpg (118 KB)

Mərakeş isə artıq dünya futbolunda xüsusi status qazanıb. Afrikanın ən güclü kollektivlərindən biri sayılan mərakeşlilər 2022-ci ildə dünya çempionatının yarımfinalına yüksələrək tarix yazmışdılar. Həmin uğur Afrika futbolunun ən böyük nailiyyəti kimi yadda qalıb. Hakimi Ziyeşin yetişdirdiyi nəslin davamçıları bu mundialda da iddialarını ortaya qoymağa çalışırlar. Sübhə yaxın diqqətlər beşqat dünya çempionu Braziliyaya yönələcək. Haiti ilə qarşılaşacaq “sambaçılar” həmişə olduğu kimi turnirin əsas favoritləri sırasındadır. Futbol tarixinin ən uğurlu milli komandası olan Braziliya dünya çempionatını 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə qazanıb. Pele, Romario, Ronaldo, Rivaldo, Ronaldinyo, Kaka və Neymar kimi ulduzlar məhz bu formanı geyinərək tarix yazıblar.

Hazırkı Braziliya yığması da böyük potensiala malikdir. Komandanın hücum xətti sürət və texnika baxımından rəqiblərin çoxu üçün ciddi təhlükə hesab olunur. Haiti isə mundialın sürpriz komandalarından biri kimi meydana çıxacaq. Kağız üzərində favorit Braziliya olsa da, dünya çempionatları tarixində dəfələrlə sübut olunub ki, belə turnirlərdə heç bir rəqib əvvəlcədən məğlub sayılmamalıdır.

1781866192410_1920x1080-4_gvlx.jpg (123 KB)

Gecənin Azərbaycan azarkeşləri üçün ən maraqlı qarşılaşması Türkiyə-Paraqvay oyunu olacaq. Qardaş Türkiyə millisi dünya futbolunda xüsusi yer tutur. Türk futbolunun ən parlaq uğuru 2002-ci ildə əldə edilib. Həmin mundialda yarımfinala yüksələn və dünya üçüncüsü olan Türkiyə milyonlarla azarkeşin yaddaşında silinməz iz qoyub. Hakan Şükür, Rüştü Rəcbər, İlhan Mansız, Emre Belözoğlu kimi futbolçuların formalaşdırdığı komanda dünya futbol tarixinin ən yaddaqalan kollektivlərindən biri hesab edilir.

Bu gün isə Türkiyə yeni nəslin gücünə arxalanır. Arda Gülər, Hakan Çalhanoğlu, Kərəm Aktürkoğlu, Orkun Kökçü kimi futbolçular komandaya böyük ümid verir. İlk turda şok məğlubiyyət almasına baxmayaraq, Türk millisi böyük turnirlərdə xarakter nümayiş etdirməyi, ən çətin anlarda geri dönüş etməyi bacaran kollektiv kimi tanınır. Məhz buna görə Türkiyə azarkeşləri komandalarının hər mundial oyununa xüsusi ümidlə baxırlar.

TUZRErNYl2qLDaISzMG3SsxuOUcbeBqrrD4uPIiZ_1200.jpg (174 KB)

Paraqvay da futbol ənənələri olan Cənubi Amerika təmsilçisidir. Dəfələrlə dünya çempionatlarında iştirak edən paraqvaylılar sərt və intizamlı oyun üslubları ilə seçilirlər. Buna görə də Türkiyəni asan sınaq gözləmir. Lakin qardaş ölkənin qarşısında duran məqsəd aydındır, ikinci turda qələbə qazanmaq və pley-off yolunda mühüm addım atmaq. Belə oyunlarda Türkiyə millisi adətən daha iradəli, daha döyüşkən və daha motivasiyalı görünür. Məhz bu səbəbdən milyonlarla türk və azərbaycanlı azarkeş növbəti futbol gecəsində gözlərini bu qarşılaşmaya dikəcək. Bir sözlə, qarşıdakı gecə dünya çempionatının ən vacib dönəmlərindən birinə çevrilə bilər. Bəzi komandalar pley-offun qapısını açacaq, bəziləri isə erkən vidalaşmaq təhlükəsi ilə üzləşəcək.

Məhz buna görə ABŞ, Avstraliya, Şotlandiya, Mərakeş, Braziliya, Haiti, Türkiyə və Paraqvay üçün ikinci tur sadəcə növbəti oyun deyil, mundialdakı talelərini müəyyənləşdirə biləcək böyük sınaqdır.

Cavanşir Abbaslı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!