PSJ ardıcıl ikinci dəfə ÇL-də çempionluq qazandı!

30 May 23:20 Çempionlar Liqası 1 375
PSJ ardıcıl ikinci dəfə ÇL-də çempionluq qazandı!

Bu gün Çempionlar Liqasının qalibi məlum olub.

Sportinfo.az xəbər verir ki, həlledici matçda PSJ “Arsenal”la üz-üzə gəlib.

Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik “Puşkaş Arena”da baş tutub.

Oyunu almaniyalı FİFA referisi Daniel Zibert idarə edib.

PSJ və “Arsenal” UEFA turnirlərində ümumilikdə 8-ci dəfə üz-üzə gəlib. Buna qədər baş tutan 7 matçda komandalar hərəyə 2 qələbə qazanıblar. Qalan 3 oyun isə heç-heçə ilə nəticələnib.

Bu oyunda isə qələbə PSJ-yə qismət olub. Paris təmsilçisi penaltilər seriyasında sevinib. Bu komanda ötən mövsüm də ÇL-in qalibi olmuşdu.

PSJ (Fransa) – "Arsenal" (İngiltərə) 1:1 (penaltilər 4:3)
Qollar: Dembele, 65-pen – Haverts, 6.
Baş hakim: Daniel Zibert (Almaniya)

PSJ: Safonov, Markinyos, Paço, Mendes, Hakimi, Neves, Vitinya, Ruis, Due, Kvaratsxeliya, Dembele.

Arsenal: Raya, Saliba, Maqalyans, Lyuis-Skelli, Moskera, İnkapye, Trossard, Rays, Edeqor, Saka, Haverts.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti