Çempionumuz yenə problemi yaşadı, buradan kənarlaşdırıldı - FOTO

08:30 Cüdo 144
Çempionumuz yenə problemi yaşadı, buradan kənarlaşdırıldı - FOTO

2024-cü il Paris Yay Olimpiya Oyunlarının çempionu, tanınmış cüdoçu Hidayət Heydərov növbəti dəfə çəki problemi ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, idmançımız rəsmi çəkiölçmə prosedurundan keçə bilmədiyi üçün turnirdən kənarlaşdırılıb və yarışda iştirak edə bilməyəcək.

Məlumata görə, titullu cüdoçu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində mübarizə aparmalı idi. Lakin o, çəkisini normada saxlaya bilmədiyi üçün xalçaya çıxmaq şansını itirib.

Bu, təcrübəli cüdoçunun karyerasında ilk belə hal deyil. Hidayət Heydərov bundan əvvəl Özbəkistanda təşkil olunan analoji “Böyük Dəbilqə” yarışında da eyni səbəbdən turnirdən kənarda qalmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!