Dünya çempionatında Türkiyə millisi növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, D qrupunun II tur matçında Türkiyə Paraqvayla qarşılaşıb.
Görüş Paraqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qol 64-cü saniyədə vurulub. Matias Qalarza erkən qolla Paraqvaya 3 xal qazandırıb.
Paraqvay ikinci hissədə azlıqda qalıb. Migel Almiron birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, Türkiyə rəqib qapısına yol tapa bilməyib.
Bu nəticədən sonra Türkiyə qrupda ikinci məğlubiyyətini alıb. Paraqvay isə ilk qələbəsini qazanaraq xalını 3-ə çatdırıb.
Bu nəticədən sonra yığmanın qrupdan çıxmaq şansı qalmayıb.

