Türkiyə yığmasının müdafiəçisi peşəkar futbolla vidalaşdı - 37 yaşında

20 İyun 01:30 Türkiyə 543
Türkiyə yığmasının müdafiəçisi peşəkar futbolla vidalaşdı - 37 yaşında

Caner Erkin gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, türkiyəli müdafiəçi karyerasını başa vurub.

Bu barədə futbolçu özünün sosial şəbəkə hesabında paylaşım edib.

Sol cinah müdafiəçisi 37 yaşında peşəkar futbolla vidalaşıb.

Caner Erkin karyerası ərzində “Manisaspor”, ÇSKA (Moskva), “Qalatasaray”, “Fənərbaxça”, “İnter”, “Beşiktaş”, “Fatih Karagümrük”, “Başakşəhər”, “Eyüpspor” və “Sakaryaspor”un formasını geyinib.

O, Türkiyə millisinin heyətində meydana çıxdığı 63 rəsmi matçda 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti