Hakimi və Dembele final matçını buraxacaq? - Çempionlar Liqasında

Hakimi və Dembele final matçını buraxacaq? - Çempionlar Liqasında

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi və hücumçu Osman Dembele UEFA Çempionlar Liqasının “Arsenal”a qarşı keçiriləcək final matçında oynamaya bilər.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, Hakiminin tezliklə komandanın məşqlərinə qayıdacağı gözlənilsə də, onun mayın 30-da baş tutacaq həlledici görüşə tam hazır olmayacağı ehtimal edilir.

Fransa klubunun digər futbolçusu Dembele isə baldır əzələsindən aldığı zədədən sonra fərdi proqram üzrə hazırlıqlarını davam etdirir.

Mayın 26-da komandanın ümumi məşqlərinə qoşulmasa, Dembelenin həlledici oyuna hazırlığı sual altına düşəcək.

Hakimi aprelin 28-də UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirilən ilk matçda (5:4) budundan zədə alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA