PSJ fransızı transfer etmək istəyir - Özü “Real”da qalmaq niyyətində olsa da

18:40 Fransa 95
PSJ fransızı transfer etmək istəyir - Özü “Real”da qalmaq niyyətində olsa da

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa PSJ-nin transfer hədəflərindən birinə çevrilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Transfer News Live” nəşri məlumat yayıb.

Fransa çempionu 23 yaşlı futbolçu ilə bağlı qeyri-rəsmi sorğu göndərib. Ancaq Kamavinqa hələ də “kral klubu”nu tərk etmək niyyətində deyil və PSJ-nin marağına baxmayaraq, qərarını dəyişəcəyi gözlənilmir.

Daha əvvəl fransalı yarımmüdafiəçinin xidmətində İtaliya təmsilçisi “İnter”in də maraqlı olduğu bildirilirdi.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Kamavinqanın bazar dəyəri 50 milyon avrodur. Onun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti