Çempionlar Liqasında ikinci finalçı da məlum olub.
Sportinfo.az xəbər verir ki, “Bavariya” Almaniyada PSJ-ni qəbul edib. Münhendə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Komandaların Parisdə oynanılan, olduqca maraqlı matçında PSJ 5:4 hesabı ilə qalib gəlmişdi. Ona görə də bukünkü heç-heçə ilə Paris klubu finla adlayıb.
Luis Enrikenin komandası həlledici oyunda “Arsenal”la qarşılaşacaq.
"Bavariya" (Almaniya) – PSJ (Fransa) 1:1
Qollar: Dembele, 3 (0:1), Keyn, 90+4
İlk oyun 4:5

