«Kəpəz»in yeni mövsüm üçün hədəfi və maaş büdcəsi bəlli olub.
Gəncə təmsilçisi qarşıdakı sezonda da Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq.
«Sarı-göylər» bunu 140 min manatlıq aylıq vəsaitlə bacarmalıdır. Bu, sırf maaş ödəmələri üçün nəzərdə tutulmuş məbləğdir.
«Kəpəz» hazırda baş məşqçisizdir. Azər Bağırov ötən ilin ilin oktyabrında sükanı arxasına keçdiyi komandanı mayda tərk edib.
Qərb təmsilçisi 3 həftədən artıqdır axtarışdadır. İndiyədək bir neçə yerli və xarici mütəxəssislə danışıqlar aparılıb.
Hələlik nəticə yoxdur - sırf büdcənin azlığı üzündən.
Klub rəhbərliyini də qınamaq olmaz: sponsor dəstəyindən məhrumdurlar. Kənardan dəstək gəlmədiyindən, AFFA-nın ayırdığı büdcəylə kifayətlənməyə məcburdurlar.
SPORTİNFO.AZ

