Azərbaycan klubu Türkiyənin məşhur simasına baş məşqçi postunu təklif edib?

01:50 Türkiyə 145
Azərbaycan klubu Türkiyənin məşhur simasına baş məşqçi postunu təklif edib?

Türkiyə futbolunun məşhur siması Volkan Dəmirəl Azərbaycanda çalışa bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Misli Premyer Liqası təmsilçilərindən biri 44 yaşlı məşqçiyə təklif göndərib.

Komandanın adı açıqlanmasa da, Bakı təmsilçisi olduğu bildirilib. Hətta iddiaya görə, Dəmirəl Azərbaycan klubunun baş məşqçisi olmağa razılıq versə, illik 1,5 milyon dollar maaş alacaq.

Lakin mütəxəssis düşünmək üçün vaxt istəyib.

Volkan Dəmirəl son klubu “Gənclərbirliyi”ni bu ilin mayında tərk edib. Azərbaycanda isə Bakı klublarının heç birində baş məşqçi postu boş deyil.

Ona görə də Türkiyə mətbuatının bu iddiası inandırıcı görünmür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!