Mövsümün ən yaxşı qolu müəyyənləşdi - Çempionlar Liqasının

Mövsümün ən yaxşı qolu müəyyənləşdi - Çempionlar Liqasının

Çempionlar Liqasının 2025/26 mövsümü mayın 30-da başa çatdı və artıq turnirin ən yaxşı qolu da müəyyənləşib.

Sportinfo.az xaric KİV-ə istinadən xəbər verir ki, mükafata “Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin “Mançester Siti”yə qarşı 1/8 final mərhələsinin ilk oyununda (3:0) vurduğu qol layiq görülüb.

Uruqvaylı futbolçu həmin qarşılaşmada ilk hissənin sonlarında fərqlənmiş və yekunda het-trikə imza atmışdı.

İkinci yerə “Tottenhem”in müdafiəçisi Miki van de Venin qolu layiq görülüb. Niderlandlı futbolçu “Tottenhem” – “Kopenhagen” matçında (4:0) vurduğu baxımlı qolla yadda qalıb.

Üçüncü yerə isə “Bayern”in kolumbiyalı yarımmüdafiəçisi Luis Diasın qolu seçilib. O, məğlub olduqları (4:5) PSJ – “Bayern” cütünün ilk oyununda möhtəşəm qola imza atıb.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən final matçında PSJ “Arsenal”ı məğlub edərək (1:1, penalti – 4:3), Çempionlar Liqasının qalibi olub. Bu nəticə ilə parislilər ardıcıl ikinci dəfə turnirin qalibi olublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti