Hər gün daha çox məşhurlaşır, izləyicilərinin sayı 14 milyona yaxınlaşır - FOTOLAR

00:00 Dünya futbolu 64
Hər gün daha çox məşhurlaşır, izləyicilərinin sayı 14 milyona yaxınlaşır - FOTOLAR

Kabo-Verde millisinin qapıçısı Vozinyanın izləyicilərinin sayı 14 milyona yaxınlaşır.

Sportinfo.az xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin ilk turunda İspaniya ilə matçın adamı seçilən qolkiper hər gün daha çox məşhurlaşır.

Xatırladaq ki, Vozinya turnirin ilk ulduzlarından birinə çevrilmişdi. O, İspaniya ilə gözlənilməz 0:0 hesablı heç-heçə zamanı 7 qurtarış edərək komandasını xilas etmişdi.

Matçdan sonra 40 yaşlı qapıçı bildirmişdi ki, anası yüksək xərclərə görə viza ala bilməyib.

Həmçinin qolkiperin İspaniya ilə matçdan sonra 50 minlik instaqram hesabı 2 milyona çıxmışdı.

Bu gün onun anasına da ABŞ-yə gəlmək üçün viza verilib.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!