Çempionlar Liqasında ikinci finalçı Almaniyada müəyyənləşəcək - BU GECƏ

Çempionlar Liqasında ikinci finalçı Almaniyada müəyyənləşəcək - BU GECƏ

Bu gün Çempionlar Liqasında ikinci finalçı da məlum olacaq.

Sportinfo.az xəbər verir ki, “Bavariya” Almaniyada PSJ-ni qəbul edəcək.

Münhendə keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandaların Parisdə keçirilən ilk matçı olduqca maraqlı və bolqollu alınmışdı. PSJ-nin 5:4 hesabı ilə qalib gəldiyi görüşün cavab qarşılaşması maraqla gözlənilir.

Finala çıxan komanda həlledici oyunda “Arsenal”la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti