Dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub.
Sportinfo.az xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qırmızı vərəqə ilə cəzalandırılıb.

