Elvin Astanov Tunisdə təşkil olunan Qran-pridə gümüş aldı

20 İyun 04:50 Digər növlər 443
Elvin Astanov Tunisdə təşkil olunan Qran-pridə gümüş aldı

Azərbaycan paraatleti Elvin Astanov Tunisdə təşkil olunan Qran-pridə gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Nüvə itələmə yarışında F53 kateqoriyasında mübarizə aparan paralimpiyaçı 6.81 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Bundan əvvəl komandanın digər üzvləri Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medal qazanıblar. Samir Nəbiyev (F57) isə bürünc mükafata yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!