İlkin Fikrətoğlu: Bu komanda niyə tərifi haqq edir? - VİDEO

19 İyun 19:40 Hadisə 439
İlkin Fikrətoğlu: Bu komanda niyə tərifi haqq edir? - VİDEO

Normalda doqquzuncu yeri tutan komanda barəsində müsbət fikir səsləndirmək çətin olar.

Amma “İmişli” tərifi haqq edir.

Ona görə ki, onlarla bərabər ötən mövsüm I Liqadan gələn digər iki komanda - “Qəbələ” və “Karvan Yevlaxın” aqibətini yaşamadılar.

Yevlax klubu yenə aşağı liqaya yuvarlandı. “Qəbələ” də ora düşməkdən son anda xias oldu. “

İmişli” isə bu baxımdan xeyli əvvəl rahatlamışdı. Baş məşqçi Jorj Kaşkilya Azərbaycan futboluna yad olsa da, işinin öhdəsindən layiqincə gəldi.

Çempion “Sabah”ı bu mövsüm ilk məğlub edən imişlilər oldu.

Digər iddialılarla görüşlərdə “İmişli”nin nəticəlıəri: “Zirə”ylə hər üç oyunda heç-heçə, “Turan Tovuz”la üç oyundan ikisində heç-heçə, “Araz Naxçıvan” üzərində 1 qələbə, 1 heç-heçə, “Neftçi” ilə duellərdə 1 qələbə, 1 heç-heçə.

Elə “Neftci”ni məğlub etdikdən sonra - noyabrın 23-dən ta ki, aprelin 12-si “Qəbələ” üzərindıki qələbəyə qədər komanda 5 aya yaxın - düz 14 tur qalibiyyətə həsrət qaldılar.

Amma mövsümün ilk yarısında yığdığı xallar, mövsümdə “Zirə”dən sonra ən çox 13 dəfə heç-heçə oyanmaqları “İmişli” autsayderlər arasına düşməyə qoymadı.

Çempionatın sonlarında “Qəbələ”, “Kəpəz” və “Araz Naxçıvan” üzərində qələbələrlə klub minimum vəzifəsinin öhdəsindən gələrək, Premyer Liqada yerini təmin etdi.

Mövsümün əsas yükünü “İmişli”nin legionerləri çəkdi. Amma başda Azər Salahlı olmaqla, yerli futolçuların da əməyi az olmadı.

Portuqaliyalı baş məşqçiyə isə afərin!

Liqada yerini təmin etdikdən sonrakı turlarda start heyətində azərbaycanlı futbolçuların sayını artırdı: “Zirə”ylə qarşılaşmada 5, “Qarabağ”la 6, “Karvan-Yevlax”la son turun matçında isə start heyətində 10 yerli futbolçuya yer verdi Kaşkilya.

Amma müsbət təəssürat yaradan bu məşqçi “İmişli”də qalmayacaq. Yeni müqavilə imzalamayacağı bildirilir. Yəqin klubun böyük hədəflərinin olmaması, az nüdcəsi onu qane etməyib.

İndi görək, “İmişli” yeni mövsüm üçün Kaşkilya kimi effektli məşqçi tapa biləcək?

Azarkeşlərin klubdan əsas narazılğı ev oyunlarını İmişlidə yox, Qubada keçirməsidir.

Klub prezidenti Kamran Eyyubov “Sportinfo TV2yə açıqlamasında “İmişli”də yeni stadion tikintisi planından danışmışdı. Demək, hələ azı 1 mövsüm də “İmişli”ni İmişlidə görməyəcəyik.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!