Andrade “Qarabağ”ı bu kluba dəyişdi - YENİ XƏBƏR

14:00 Qarabağ 874
Andrade “Qarabağ”ı bu kluba dəyişdi - YENİ XƏBƏR

Kevin Medinanın ardınca daha bir önəmli futbolçu “Qarabağ”ı tərk edir.

Xəbər verdiyimiz kimi, Leandro Andrade 2022-ci top qovduğu Azərbaycanı başqa ölkəyə dəyişmək qərarına gəlib.

Həmin ölkənin adı isə hər nə qədər qəribə səslənsə də, Ukraynadır.

Kabo-Verdeli futbolçu məhz daha çox pul qazanmaq niyyəti ilə müharibə şəraitində olan ölkəyə yollanmağa razılıq verib.

Həmin klubun adı “Polessye”dir.

Ötən mövsümün yekunlarına əsasın çempionatı 3-cü pillədə başa vuraraq Konfrans Liqasında iştirak etmək hüququ qazanan Jitomir təmsilçisi Avropada Leandronun zəngin avrokubok təcrübəsindən yararlanmağı düşünür.

“Polessye” həm Andrade, həm də “Qarabağ”la bütün detalları razılaşdırıb.

2022-ci ilin yanvar ayından “köhlən atlar”ın şərəfini qoruyan 26 yaşlı futbolçu bütün turnirlərdə 213 oyunda meydana çıxmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.

“Qarabağ” mövsüm başa çatandan sonra Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmaee, Toral Bayramov və Kevin Medina ilə rəsmən yollarını ayırıb.

Elvin Cəfərquliyevlə Abbas Hüseynov isə əsas komandadan uzaqlaşdırılıb.

HƏBİB /SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti