ünya çempionatında ABŞ Avstraliya millisinə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Əvvəlcə avstraliyalıların heyətində Kameron Börces 11-ci dəqiqədə avtoqol müəllifi olub. 43-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.
Bununla da iki oyundan sonra maksimum nəticə göstərən amerikalılar mundialın pley-offuna vəsiqə qazanıblar.
ABŞ - Avstraliya - 2:0
Qollar: Burgess, 11-avtoqol, Friman, 43

