Azərbaycanın dünya çempionatındakı rəqibləri - Çexiya və Latviya

00:50 Futzal 83
Azərbaycanın dünya çempionatındakı rəqibləri - Çexiya və Latviya

Bu gün İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, 36 komanda hər birində 3 iştirakçı olmaqla 3 qrupa bölünüb.

Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 12-ci qrupda Çexiya və Latviya ilə qarşılaşacaq.

Onlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək.

Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!