Avropa Su İdmanı Federasiyasının konfransı paytaxtımızda

20 İyun 05:00 Digər növlər 419
Avropa Su İdmanı Federasiyasının konfransı paytaxtımızda

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə Bakıda "European Aquatics" (Avropa Su İdmanı Federasiyası) konfransı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə ASF-dən bildirilib.

Qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri 2026-cı ilin "Dünya İdman Paytaxtı" olan Bakıda bir araya gələcək, su idman növlərinin inkişafı ətrafında fikir mübadiləsi aparacaq, layihələri müzakirə edəcəklər.

Bu il oktyabrın 10-da təşkil olunacaq tədbir Azərbaycan üçün həm beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi, həm də ölkənin üzgüçülük və digər su idman növləri sahəsində nüfuzunun artması baxımından böyük əhəmiyyət kəsb edir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!