1 qol “Arsenal”ı Çempionlar Liqasının finalına apardı!

6 May 01:00 Çempionlar Liqası 268
1 qol “Arsenal”ı Çempionlar Liqasının finalına apardı!

Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, yarımfinalın cavab matçları çərçivəsində "Arsenal" Londonda "Atletiko"nu qəbul edib.

Maraqla gözlənilən görüşdə İngiltərə təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, "Arsenal" "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib və Çempionlar Liqasının finalına yüksəlib.

Komanda Avropanın əsas klub turnirinin finalında "Bavariya" - PSJ cütünün üstün tərəfi ilə qarşılaşacaq.

"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) 1:0

Qol: Saka, 45

İlk oyun - 1:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı