“Arsenal”ın yarımmüdafiəçisi İtan Nvaneri İngiltərənin daha bir top-klubunun maraq dairəsinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub “Liverpul”dur.
“Topçular” sərfəli maliyyə təklifi alacaqları təqdirdə, Nvaneri ilə yollarını ayırmağa hazırdırlar. Yarımmüdafiəçinin bazar dəyəri 35 milyon avro qiymətləndirilir.
İngiltərəli futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Marsel”də keçirib
. O, Fransa təmsilçisinin heyətində meydana çıxdığı 9 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

