İki cavabsız qolla növbəti mərhələdə - DÇ-2026-dan VİDEO

İki cavabsız qolla növbəti mərhələdə - DÇ-2026-dan VİDEO

DÇ-2026-nın D qrupunda yer alan ev sahibi ABŞ yığması Avstraliya millisini 2:0 hesabı ilə məğlub edərək turnirdə ardıcıl ikinci qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, qrupun ikinci turu çərçivəsində baş tutan qarşılaşma ABŞ-nin Sietl şəhərindəki eyniadlı stadionda baş tutub.

ABŞ komandasına inamlı qələbəni gətirən qolları 11-ci dəqiqədə avstraliyalı müdafiəçi Kameron Berces (öz qapısına) və 43-cü dəqiqədə Aleks Friman vurublar.

Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran ABŞ yığması D qrupunda liderliyini qoruyub və pley-offa yüksəlib. Avstraliya isə 3 xalla qrupda ikinci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!