Braziliyadan qrup mərhələsində ilk qələbə - DÇ-2026-dan VİDEO

20 İyun 09:00 Dünya çempionatı 501
Braziliyadan qrup mərhələsində ilk qələbə - DÇ-2026-dan VİDEO

Dünya çempionatında C qrupunun II turunun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Braziliya millisi Haiti ilə qarşılaşıb.

Filadelfiyada keçirilən görüş “sambaçılar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Braziliyanın heyətində Mateus Kunya dubl edib. Digər qolu isə Vinisius Junior vurub.

Bu nəticədən sonra Braziliya turnirdə ilk qələbəsini qazanıb və xalını 4-ə çatdırıb. Haiti isə ikinci oyununda da meydanı məğlub tərk edib.

Braziliya - Haiti 3:0

Qollar: Mateus Kunya, 23, 36, Vinisius Juniyor, 45+3

Digər Xəbərlər
Xəbər Lenti