“Müəyyən səhvlərə görə 3 xalı əldən verdik, məyusuq”

“Müəyyən səhvlərə görə 3 xalı əldən verdik, məyusuq”

Çexiya millisi səhvə yol verdiyinə görə 3 xalı əldən verib.

Sportinfo.az xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Miroslav Koubek DÇ-2026-nın qrup mərhələsində Cənubi Afrika Respublikasına (CAR) qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis heç-heçənin onlar üçün yaxşı nəticə olmadığını bildirib:

“Qələbə qazanmaq üçün şanslarımız çox idi. Lakin müəyyən səhvlərə görə 3 xalı əldən verdik. Bu nəticəyə görə məyusuq.

Çünki şanslara baxsaq, görərik ki, biz qələbəyə daha layiq idik. İkinci hissədə yaxşı çıxış etsək də, bu qalibiyyət üçün yetərli olmadı”.

Çexiya – Cənubi Afrika Respublikası oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti