Çempionlar Liqasının finalı üçün namizədliyi irəli sürüldü - “Kamp Nou”nun

Çempionlar Liqasının finalı üçün namizədliyi irəli sürüldü - “Kamp Nou”nun

2029-cu il Çempionlar Liqasının finalının keçiriləcəyi məkan yaxın zamanda müəyyənləşəcək.

Hazırda iki stadion əsas namizəd kimi göstərilir – Londondakı “Uembli” və Barselonadakı “Kamp Nou”.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mayın 26-da Kataloniya hökuməti təhsil naziri Milaqros Tolonun təklifi əsasında İspaniya Futbol Federasiyasının müraciətini təsdiqləyib və “Kamp Nou”nun namizədliyini rəsmi şəkildə irəli sürüb.

Yekun qərarın sentyabrda İcraiyyə Komitəsinin iclasında veriləcəyi gözlənilir.

“Kamp Nou” stadionu indiyə qədər iki dəfə – 1989 və 1999-cu illərdə Çempionlar Liqasının finalına ev sahibliyi edib. Ancaq 21-ci əsrdə bu arenada hələ final keçirilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyun 18:10 Çək və bizə göndər!
10 İyun 09:00 Mahirin 1 günü - VİDEO
10 İyun 02:00 Sağ ol, Hikmət!