Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət komandası Fransaya gedir

20 İyun 04:30 Digər növlər 438
Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət komandası Fransaya gedir

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" (Unified Football) komandası iyulun 6-11-i aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək "Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nda iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, yığma B qrupunda Namibiya, ABŞ və Qvatemala kollektivləri ilə mübarizə aparacaq.

Turnir Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur. Yarışda 24 – 12 kişi və 12 qadın komandası iştirak edəcək.

Azərbaycan komanda ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Yığma Dünya Kubokuna hazırlıq çərçivəsində məşqləri davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!