İspanlar “Qarabağ“dan milyon alıb, yoxsa..? - TRANSFER BAZARLIĞI

14:40 Qarabağ 464
İspanlar “Qarabağ“dan milyon alıb, yoxsa..? - TRANSFER BAZARLIĞI

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti keçidini gerçəkləşdirib.

Mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı “Almeriya” ilə danışıqlar uğurla yekunlaşıb.

Onunla 3 illik müqavilə imzalanıb.

28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, 5 nömrəli formanı geyinəcək.

Lanqanın son klubu İspaniya təmsilçisi olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib.

Karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya”nın şərəfini qoruub.

Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Bruno Lanqa yay “transfer pəncərəsi“nin dördüncü transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo və Samuel Lobato “Qarabağ”a qoşulub.

"Marca"nın iddiasına görə, "Qarabağ" sol cinah müdafiəçisi üçün "Almeriya"ya 1 milyon avro ödəyib. Bildirilib ki, ispanlar afrikalını öncə 1,2 milyon avroya satmağa çalışsa da, sonradan rəqəmi aşağı çəkiblər.

Əslində isə “köhlən atlar“ o qədər xərc çəkməyib. Premyer Liqamızın vitse-çempionu Lanqanı sıralarına qatmaqdan ötrü 800 min avro civarında vəsaitindən keçib.

Göstərilən məbləğ iki partiyada “Almeriya“nın hesabına yatırılacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti