“Qarabağ”dan növbəti ŞOK ayrılıq xəbəri! - SON DƏQİQƏ

13:00 Qarabağ 792
“Qarabağ”dan növbəti ŞOK ayrılıq xəbəri! - SON DƏQİQƏ

“Qarabağ”da növbəti ayrılıq yaşanıb.

Kevin Medinanın ardınca Leandro Andrade də komandanı tərk edib.

Kabo-Verdedən olan cinah oyunçusu daha yaxşı maliyyə şərtlərinə görə iş yerini dəyişmək qərarına gəlib.

O, karyerasını Avropada davam etdirəcək.

Həm özü yaxşı qazanacaq, həm də transferə görə “Qarabağ”a qazandıracaq.

“Qarabağ”ın yaxın saatlarda ayrılıq xəbərini bəyan edəcəyi gözlənilir.

2022-ci ilin yanvar ayından “köhlən atlar”ın şərəfini qoruyan 26 yaşlı futbolçu bütün turnirlərdə 213 oyunda meydana çıxmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.

“Qarabağ” mövsüm başa çatandan sonra Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmaee, Toral Bayramov və Kevin Medina ilə rəsmən yollarını ayırıb.

Elvin Cəfərquliyevlə Abbas Hüseynov isə əsas komandadan uzaqlaşdırılıb.

HƏBİB / SPORTİNFO.AZ

qarabagin-bir-oyunu-legv-edildi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti