Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

9 Noyabr 2019 12:41 Çempionlar Liqası 546
Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

Çempionlar Liqasında 2023/2024 mövsümünün finalı Avropada keçirilməyə bilər.

Sportinfo.az xəbər verir ki, UEFA 2023/2024 mövsümündə finalın ABŞ-da olmasını istəyir. Qurum bununla bağlı artıq kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb. Finalı qəbul edə biləcək stadion da bəllidir. Bu, Nyu-Cersidə yerləşən "Metlayf Stadium"dur. Əgər UEFA kommersiya tərəfdaşları ilə razılıq əldə etsə, Çempionlar Liqasının finalı ilk dəfə başqa qitədə keçiriləcək.

Cari mövsüm final oyunu İstanbulda olacaq. Qarşıdakı illərdə isə finala müvafiq olaraq Sankt-Peterburq, Münhen, London şəhərləri ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti