Şəhidin son qeydləri: "Şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram": VİDEO

24 Noyabr 2020 00:56 Bizimkilər 378
Şəhidin son qeydləri: "Şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram": VİDEO

Yeni dünyaya gələn qızını cəmi 14 gün görüb oxşadı.

Atalıq borcu və vəzifəsi ilə yanaşı daha bir şərəfli yol onu çağırırdı.

Onu da qəhrəmanımız ləyaqətlə yerinə yetirdi. Füzuli, Hadrut istiqamətində gedən döyüşlərdə isə şəhidlik zirvəsinə ucaldı. 36 yaşlı mayorumuz Aqşin İbadov...

Lənkəranın Boladi kəndindən olan Aqşin cəbhəyə beləcə məğrur şəkildə yollanır. Füzuli, Hadrut uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən 36 yaşlı mayorumuz , sonda şəhadətə yüksəlir.

Ziyalı ailədə 4 hərbçi oğul böyüdən ağsaqqal ata deyir ki, Aqşin ailədə, hərbdə olduğu kimi döyüş meydanında da mərdlik nümayiş etdirib. Özü olmasa da, xoş sorağını eşidirik daima.

Azərbaycan ilə yanaşı Türkiyədə də hərbi təhsil alan Aqşin orada da özünə yaxşı dostlar qazanmağı bacarıb. Elə o dostlardan biri Aqşin şəhid olandan sonra onun şərəfinə Afrikanın susuz Pahou şəhərində bulaq və dəstəmazxana inşa etdirib. O bulağa gələn hər kəsə isə Qurani Kərim kitabı paylanılır.

Hazırda Aqşinin Polkovnik -leytenant və gizir olan digər 2 qardaşı yenə vətənin keşiyindədir. Elə Şəhidlik zirvəsinə ucalan Aqşinin ölməz ruhu kimi!

Digər Xəbərlər
Xəbər Lenti