Azadlığın dadını duyan Cəbrayıl sakinlərinin evindən VİDEO

25 Oktyabr 2020 09:00 Bizimkilər 538
Azadlığın dadını duyan Cəbrayıl sakinlərinin evindən VİDEO

Bugünlərdə qəlbi Azərbaycanla döyünən hər kəsin tək arzusu, tək diləyi var.

Hər bir azərbaycanlı düşmən əsirinə çevrilmiş Qarabağı azad etmək, öz tarixi ərazisinə qovuşdurmaq arzusundadır.

30 ildir qələbəyə susamış bu xalq, hər dəqiqə qələbə xəbərləri gözləyir, hər gün zəfər müjdəsi alır.

Elə 89 yaşlı Cəbrayıl sakini Nüsrət baba və onun ömür gün yoldaşı 82 yaşlı Gülöyşə nənə kimi.

Hər bir məcburi köçkün “Qarabağ alındı”, “Qarabağ Azərbaycandır”, “Böyük qayıdış başlanır” sözlərini gözləyir.

Bu sözlər artıq nə yuxu, nə xəyal, nə də bir arzudur. Bu, elə çox yaxında həyata keçəcək bir reallıqdır.

Cəbrayıldan, Zəngilandan, Füzulidən, Hadrutdan, Xudafərin körpüsündən başlanan reallıq…

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"