Rusiya klubu azərbaycanlı məşqçilərdən nə TƏLƏB EDİR?

26 Mart 2023 17:00 Bizimkilər 1 810
Rusiya klubu azərbaycanlı məşqçilərdən nə TƏLƏB EDİR?

“Ötən mövsüm komandanın qarşısına “6-lığ”a vəsiqə qazanmaq hədəfi qoyulmuşdu“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Ximki-2“nin məşqçisi Emin Ağayev deyib.

Yaxınlarda Moskva klubunun əvəzedici heyətində Nazim Süleymanova köməkçi təyin olunan mütəxəssis onların qarşısına qoyulan hədəf barədə danışıb:

”Komanda tapşırığın öhdəsindən gələ bilmədi deyə, rəhbərlik baş məşqçi ilə yolları ayırmaq qərarına gəldi. Ardınca da bizə təklif olundu.

İndi ilk növbədə Premyer Liqada mübarizə aparan komandaya futbolçular hazırlamalıyıq. Qarşıda duran əsas məqsəd budur.

Üstəlik, 2005 və daha aşağı təvəllüdlü futbolçuları “Ximki-2”yə cəlb edib, oyun təcrübəsi qazandırmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!