Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" doğma meydanda "Adana Demirspor"u qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
\Mahir Emreli bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb və 60-cı dəqiqədə əvəzlənib.
Mahir 41-ci dəqiqədə fərqlənib. Bu, onun "Konyaspor"un heyətində vurduğu ilk qolu olub.
30 turdan sonra 39 xal toplayan "Konyaspor" Super Liqada turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Konyalıların baş məşqçisi Aleksandar Stanoeviç matçdan sonra futbolçularının bir çoxunu danlıyıb.
O, nəticədən dolayı məyusluğunu paltardəyişmə otağında nümayiş etdirib, məğlubiyyətin əhvalını tamamilə korladığını bildirib.
Çalışdırıcı azərbaycanlı forvardı tənqiddən uzaq tutub, sadəcə, ondan qollarının davamını gözlədiyini söyləməklə kifayətlənib.
SPORTİNFO.AZ

