Üç gün öncə Nazim Süleymanov "Ximki"də əvvəlki vəzifəsinə qaytarılıb.
Həmyerlimiz yenidən adıçəkilən klubun gənclərdən ibarət (U-19) komandasına baş məşqçi təyin olunub.
Fevralın əvvəlində "Ximki"nin əvəzedici heyəti Süleymanova tapşırılmışdı. Amma Rinat Bilyaletdinovun gəlişindən sonra U-19-a qayıtmalı olub.
Onunla bərabər, köməkçisi Emin Ağayev də əvəzedici heyətdən U-19-a qayıdıb
Ancaq demək olmaz ki, azərbaycanlı məşqçilər "Ximki"də uzun müddət qalmağı arzulayır. Rusiya premyerliqanı tərk etməyə real namizədlərdən sayılan Moskva təmsilçisi ciddi maliyyə böhranı yaşayır.
Azərbaycanlı tikinti maqnatı Tufan Sadıqov sahibi olduğu "Ximki"yə lazım qədər vəsait ayıra bilmir. İstər fuutbolçular, istərsə də məşqçilər maaşlarını vaxtlı-vaxtında almır. Üstəlik, ödəmələrdə azalma var.
Süleymanovun fikri Rusiyada qalmaqdır, O, yerli tanışları vasitəsilə burada özünə başqa komanda axtarışına çıxıb.
SPORTİNFO.AZ

