Millimizin futbolçusu bu ölkədə qol vurdu - SİFTƏ VİDEOSU

27 Aprel 2023 00:50 Bizimkilər 1 744
Millimizin futbolçusu bu ölkədə qol vurdu -  SİFTƏ VİDEOSU

Cənubi Koreya çempionatında 9-cu turun görüşləri keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Jeonbuk"lə qarşılışaıb.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. O, 51-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Xallarını 17-yə yüksəldən "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!
24 İyun 03:40 Burada görüşdülər
24 İyun 03:00 Toyları harada olacaq?