Murad Məmmədov “Pafos”un Konfrans Liqası üçün sifariş ərizəsinə daxil edilib.
Bu, azərbaycanlı futbolçunun zədələnərək uzun müddətə sarıdan çıxmasına görə baş verib.
Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Rikardo Sa Pinto yarışın əsasnaməsindən istifadə edərək, Mumi Nqamaleunun əvəzinə azərbaycanlı vingeri seçib.
Kamerunlu cinah oyunçusu zədə səbəbindən qarşıdakı bir neçə ay ərzində yaşıl meydanlardan kənarda qalacaq.
Kipr mətbuatı Məmmədovun indiyədək kifayət qədər oyun vaxtı qazanmaması fonunda bu qərarı maraqlı seçim kimi qiymətləndirib.
Daha əvvəl “Pafos”un avrokuboklar üçün sifariş ərizəsinə Məmmədov və ya Zaqenin daxil ediləcəyi bildirilmişdi. Yekunda seçim həmyerlimizin xeyrinə edilib.
Yeri gəlmişkən, "Pafos" noyabrın 26-da Konfrans Liqasında Danimarkanın "Mityülland" komandasını qəbul edəcək.

